Azər Seyidov:

Azər Seyidov: "Həmin obyekt deputatın oğlunun yox, mənimdir"

"Qazdan qanunsuz istifadə etdiyi iddia olunan obyekt Famil Musayevin yox, mənimdir. Hazırda həmin obyektin sahibi də, işlədəni də mənəm. Məlum borc da obyekti mən aldıqdan sonra yaranıb. Bu faktı alqı-satqı sənədləri ilə də sübut edə bilərəm. Alı-satqı zamanı mülkiyyətçi dəyişsə də təəssüf ki, qaz sayğacı addan-ada keçməyib. Yəni sistemdə dəyişiklik olmadığı üçün mətbuatda da Famil Musayevin adı hallanıb”. 

Bu barədə açıqlamanı Azadinform-a sahibkar Azər Seyidov verib.

A.Seyidov bildirib ki, sözügedən obyekti iki il əvvəl alıb: "Sənədləşmə isə 2018-ci ilin sentyabrında başa çatıb. Həqiqətən də ortada borc var və həmin borcun da hissə-hissə ödənilməsi ilə bağlı razılıq əldə etmişik. Bütün hallarda yaranan borc məbləğindən asılı olmayaraq ödəniləcək, heç kim dövlətin malını-pulunu qəsb edə bilməz”.

A.Seyidov bu məsələdə obyektin keçmiş sahibi Famil Musayev və onun atası, millət vəkili Hacı Madər Musayevin adının hallandırılmasını doğru hesab etmədiyini bildirib: "Məsələyə heç bir aidiyyatı olmayan Madər Musayevin adının xəbər başlıqlarına çıxarılması etik deyil. KİV nümayəndələrinin də belə məsələlərdə diqqətli olmalarını xahiş edirəm”.  

Qeyd edək ki, bəzi internet resurslarında "Azəriqaz” İstehsalat Birliyinin deputat Madər Musayevin oğlu Famil Musayevə qarşı 10 min manatlıq iddia qaldırması barədə informasiya yayılıb. İnformasiyada F.Musayevə məxsus olan obyektin qazdan qanunsuz istifadəyə görə məhkəməyə verildiyi bildirilir. 
 

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR