Ölkə 17:43 23.01.2019

Azərbaycan Afrika ölkəsinə sülhməramlı göndərdi

Azərbaycan Ordusunun iki zabiti BMT-nin mandatı altında həyata keçirilən sülhməramlı missiyada hərbi müşahidəçi qismində iştirak etmək üçün Cənubi Sudana göndərilib.

Bu barədə Qaynarinfo-ya Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, keçən il noyabrın 30-da Silahlı Qüvvələrin 4 nəfərdən ibarət hərbi heyətinin BMT-nin sülhməramlı missiyasının (UNMİSS) komandanlığı altında Cənubi Sudan Respublikasında yerləşdirilməsinə və missiyada iştirak etməsinə razılıq verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarı qəbul olunub.