Siyasət 22:39 12.02.2018

Azərbaycan ATƏT müşahidəçilərini seçkilərə dəvət etdi

Azərbaycan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna prezident seçkilərini müşahidə etməklə bağlı dəvət göndərib.

Qaynarinfo APA-ya istinadən xəbər verir ki,  bu barədə ATƏT DTİHB-nun mətbuat ofisindən məlumat verilib.

Bildirilir ki, hazırda ehtiyacların qiymətləndirilməsi missiyasının formalaşdırılması ilə bağlı işlər aparılır: "Planlaşdırma davam etdiyi üçün hələlik onların səfəri və tərkibi barədə məlumat yoxdur”.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-də keçiriləcək.