Ekonomiks 10:16 15.06.2019

Avtomobil idxalını 2,1 dəfə artırıb

Bu ilin yanvar-may aylarında Azərbaycana 15 585 ədəd müxtəlif təyinatlı avtomobil idxal olunub.

Qaynarinfo Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Son 1 ildə sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 89,2% artaraq 70 ədəd, əsasən, adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 2,2 dəfə artaraq 14 170 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 71,5% artaraq 1 274 ədəd, xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 42% artaraq 71 ədəd olub.