İdman 14:33 17.10.2013

Azərbaycan azarkeşlərinin nifrət etdiyi futbolçu DANIŞDI

Bakı çox xoşuma gəldi, gözəl şəhərdir. Lakin mənə qarşı bu qədər nifrətin olduğunu gözləmirdim.

Bu sözləri “Sport-uikend” nəşrinə müsahibəsində futbol üzrə Rusiya yığma komandasının yarımmüdafiəçisi Aleksandr Səmədov bildirib.

“Mən belə münasibətə layiq deyildim. Oyundan əvvəl mətbuata açıqlamalarımda təhqiredici heç nə deməmişəm. O ki qaldı milliyyətimə, atam azərbaycanlıdır, anam rus və mənim hansı bir millətə aid olmağımın heç bir əhəmiyyəti yoxdur”, - deyə o vurğulayıb.(gün.az)