Foto 12:11 18.10.2018

Azərbaycanın baş nazirinin eks müavininin kürəkəni güllələndi (FOTOLAR)

Azərbaycan baş nazirinin keçmiş müşaviri Musa Məmmədovun kürəkəni, türkiyəli iş adamı Mustafa Erkin Karamana silahlı hücuma olub.

Qaynarinfo unikal.org-a istinadən xəbər verir ki, iş adamı İstanbulda Beykoz ərazisində maşınında atəşə tutulub. Naməlum şəxs tərəfindən Karamanın cipinə atılan 5 güllədən 2-si ona dəyib. Məlumata görə, biznesmen ərazidən yaralı halda uzaqlaşıb, daha sonra təcili yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Əraziyə xeyli sayda polis cəlb edilib və araşdırmalara başlanılıb.

Hadisəni törədən 2 nəfər türkiyə vaxtı ilə gecə saat 04.00 radələrində tutulub. Onlar cinayəti 1 tapança və 2 ov tüfəngi ilə törədiblər. 

Qeyd edək ki, iş adamı Mustafa Erkin Karaman 2012-ci ildə Azərbaycan baş nazirinin keçmiş müşaviri Musa Məmmədovun qızı Günel Məmmədova ilə Çırağan Sarayında evlənib. Azərbaycan prezidentinin müvəkkili Musa Salam oğlu Məmmədov 1992-ci ildə Azərbaycan baş nazirinin müavini təyin edilib.