Ekonomiks 11:10 23.04.2014

Azərbaycan bu göstəriciyə görə keçmiş SSRİ ölkələri sırasında 4-cü yerdədir

Azərbaycan viza üçün Avropa Birliyinə (AB) müracət edən, lakin Azərbaycan vətəndaşlarına viza verməkdən imtina edən SSRİ ölkələri arasında 4-cü yerdədir.

Anspress-in məlumatına görə, bu barədə xəbər “Democracy & Freedom Watch”un saytında yer alıb. AB-yə viza almaq üçün müraciət edən ölkələrin siyahısı son bir ilin göstəricilərinə əsasən hazırlanıb. Siyahıya əsasən “Şərq tərəfdaşlığı” ölkələri daxil edilib. Xəbərə görə, AB bu ölkələrin vətəndaşlarına Avropa Birliyi ölkələrinə gəlmək üçün viza verməkdən imtina edir.

2013-cü ilin göstəricilərinə görə, Avropa Birliyi dünya üzrə ümumulikdə 16 298 225 viza göndərib. Avropa Birliyinə viza almaq üçün müraciət edən ölkələrin sırasında Gürcüstan 1-ci yerdədir. AB bu ölkənin vətəndaşlarına viza vermək istəmir. Ötən ilin göstəricisinə görə, Gürcüstan vətəndaşlarının 12%, Ermənistan 11%, Moldova 4,8%, Azərbaycan 4,2%, Ukrayna 1,9%, Rusiya 1% və Belarus 0,8%-nə AB viza verməkdən imtina edib.

Qaynar.info