Ekonomiks 22:12 18.08.2018

Azərbaycan bu ölkələrdən ət alır

2018-ci ilin yanvar-iyul aylarında Azərbaycana quş əti və onun əlavə məhsulların idxalı 3,2 faiz, mal əti 25,8 faiz azalıb. 

Qaynarinfo oxu.az-a istinadən bildirir ki , Dövlət Statistika Kömitəsinin rəqəmlərinə görə hesabat dövründə ölkəyə 12 mln. 140,6 min dollar dəyərində 4 min ton iribuynuzlu heyvan əti, eləcə də 16 mln. 718 min dəyərində 15 min 132 ton quş əti idxal edilib. 

Qeyd edək ki, Azərbaycan iribuynuzlu heyvan ətini əsasən Ukrayna, Hindistan, Belarus, Brazilya, Praqvay, Moldova, Almaniya, Bolqarıstan, ABŞ və Rusiyadan gətirir. Ötən il ərzində ölkəyə bu dövlətlərdən 9 milyon 222 min ton iribuynuzlu heyvan əti idxal edilib. Statistika göstərir ki, Azərbaycan ən çox mal ətini Ukrayna və Hindistandan alıb. 

Quş əti və ona əlavə məhsullara gəlincə, əsas məhsul alışı bazarımız Ukrayna, Rusiya, Türkiyə, Belçika, Brazilya, ABŞ, Kanada, Gürcüstan, Polşa, İspaniya, Almaniya, Belarus və Fransadır. Azərbaycan bu ölkələr arasında yenə də ən çox quş əti  və ona əlavə məhsulları Ukrayna və Rusiyadan idxal edib. 

Qeyd edək ki, ölkə üzrə adambaşına illik ət istehlakı 33,55 faiz təşkil edir. Bu rəqəm 2017-ci ildə 2016-cı illə müqayisədə çüzi artıb - 0,1 %.