Ölkə 23:08 22.11.2017

Azərbaycan bu yağların istehsalına başlayır

Azərbaycan Milli Elmlər Akademiyasının "Yüksək Texnologiyalar Parkı”nın rezidenti "Millers Oils Azerbaijan” MMC noyabrın 23-də "premium klass” tipli mühərrik yağlarının istehsalına başlaması münasibətilə təqdimat keçirəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Trend-ə "Yüksək Texnologiyalar Parkı”ndan məlumat verilib.

Məlumata görə, "Millers Oils Azerbaijan”ın istehsalat gücü hazır vəziyyətə gətirilib və istehsalat prosesi təqdimatdan sonra başlayacaq.

Qeyd edək ki, hazırda "Yüksək Texnologiyalar Parkı” Təcrübə-sənaye zavodunun sürtkü yağlarını Türkiyə və Gürcüstana ixrac edir. Planlara bu məhsulun Rusiya və Mərkəzi Asiya ölkələrinə ixracı da daxildir.