İdman 21:44 10.11.2018

Azərbaycan çempionatı: 2 oyunda 8 qol

Bu gün Topaz Premyer Liqasında XI tura start verilib.

Qaynarinfo xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib.

Əvvəlcə son iki mövsümün debütantları "Sabah" və "Səbail" üz-üzə gəlib. Oyun Premyer Liqa təcrübəsi daha çox olan "Səbail"in böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0. Hesabı 2-ci dəqiqədə Ruslan Qurbanov açıb. 27-ci dəqiqədə Kevin Kubemba fərqlənib. 57-77-ci dəqiqələrdə dubl edən Yevgeni Koçuk son nöqtəni qoyub.

Bununla da "Səbail" "Qarabağ"la xal hesabını bərabərləşdirib və ən azı bi günlük ikinci pilləyə yüksəlib. "Sabah" 11 oyundan 16 xalla 4-cü pilləni tutur. Bu komandalar arasında yeganə qarşılaşma ilk dövrəyə təsadüf edib. Həmin matçda qapılara qol vurulmayıb - 0:0.

Günün digər matçında lider "Neftçi" ilə autsayder "Zirə" üz-gəlib. Hesabı 36-cı dəqiqədə Baqali Dabo açıb. "Zirə" 77-ci dəqiqədə Tellur Mütəllimovun qolu ilə bərabərliyi təmin edib. 80-cı dəqiqədə Mirabdulla Abbasov "Neftçi"ni yenidən hesabda önə keçirsə də, 3 dəqiqə sonra "Zirə" status-kvonu bərpa edib. Bu dəfə Vüsal İsgəndərli fərqlənib.

Hazırda 26 xalla 1-ci pillədə qərarlaşan "Neftçi" ilə sonuncu yerdəki qəsəbə təmsilçisi arasında 20 xallıq fərq mövcuddu. Bu komandalar arısında çempionatda 14-cü matç olub. Bunlardan 2-də "Neftçi", 8-də qəsəbə təmsilçisi qalib gəlib, 4 görüş heç-heçə yekunlaşıb. Topların nisbəti 18:11 "Zirə"nin xeyrinədi. 

Qeyd edək ki, tura sabah keçiriləcək "Sumqayıt" - "Keşlə" və "Qəbələ" - "Qarabağ" oyunları ilə yekun vurulacaq. 
 
Premyer Liqa
II dövrə, X tur

10 noyabr
Sabah - Səbail 0:4
Qollar: Ruslan Qurbanov, 2. Kevin Kubemba, 27. Yevgeni Koçuk, 57; 77.
"Əlincə Arena”.

Neftçi - Zirə 2:2
Qollar: Baqali Dabo, 36. Mirabdulla Abbasov, 80 - Tellur Mütəllimov, 77Vüsal İsgəndərli, 83.
"Bakcell Arena”.
 

Klub

O

Q

H/H

M

T/F

X

1

Neftçi

11

8

2

1

22:9

26

2

Səbail

11

6

2

3

16:11

20

3

Qarabağ

10

6

2

2

17:11

20

4

Sabah

11

5

1

5

9:15

16

5

Qəbələ

10

3

3

4

14:14

12

6

Sumqayıt

10

3

2

5

10:13

11

7

Keşlə

10

1

3

6

8:14

6

8

Zirə

11

1

3

7

9:18

6

Bombardirlər

Baqali Dabo (Neftçi) - 6Marko Deviç (Sabah) - 5. İnnosent Emeqara (Qarabağ), Mirabdulla Abbasov (Neftçi) - 4.

Qeyd

IV turda "Zirə"yə, VIII turda isə "Qarabağ"a 0:3 hesablı texniki məğlubiyyət verilib.