İdman 18:17 09.09.2017

Azərbaycan çempionatınada möhtəşəm qol (VİDEO)

"İnter" və "Kəpəz" arasında keçirilən Topaz Premyer Liqasının IV turunun açılış oyununda gözəl qol vurulub. "Qaynarinfo" "Report"a istinadən xəbər verir ki, qeyri-adi qol "İnter Arena"dakı matçın 37-ci dəqiqəsində qeydə alınıb.

Qonaq komandanın futbolçusu Kərim Diniyev mərkəz dairəsinin özlərinə aid hissəsindən - təxminən 65 metr məsafədən topu "İnter"in qapısına göndərib. Bu qoldan sonra "Kəpəz" fərqi azaldıb - 2:3. Komandalar fasiləyə elə bu hesabla da çıxıblar.  

Qaynarinfo.Az