Foto 10:53 27.11.2018

Azərbaycan çempionatında futbolçuların orta illik əmək haqqı açıqlandı (SİYAHI)

Topaz Premyer Liqasında futbolçuların orta illik maaşları açıqlanıb.

Qaynarinfo xəbər verir ki, "Sporting Intelligence”nin hesablamalarına görə, Azərbaycan klubları bu il futbolçularına orta hesabla 52 min 638 avro ödəyib. 

Topaz Premyer Liqası dünya reytinqində 40-cı pilləni tutur. Çempionatımız CAR (54 min 137 avro) və Bolqar?stan (46 min 58 avro) liqaları arasında yer alıb.

Siyahıda ümumilikdə 68 ölkə çempionatı yer alıb. Ən çox maaşı İngiltərənin Premyer Liqa klubları ödəyir. Bu ölkədə orta illik əmək haqqı 3,47 milyon avrodu.

İkinci pillədə İspaniya La Liqası (2,55 milyon avro), üçüncü yerdə İtaliya A Seriyası (1,76 milyon avro) yer alıb. Onları ardıcıl olaraq Almaniya Bundesliqası (1,61 milyon avro), Fransa Liqa 1-i (1,15 milyon avro), Çin Super Liqası (926 min avro), Rusiya Premyer Liqası (774 min avro) və Turkiy? Super Liqası (763 min avro) izləyir.

Topaz Premyer Liqası postsovet məkanı ölkələri arasında 4-cü yeri tutur. Ölkəmiz Rusiya (774 min avro), Ukrayna (191 min 238 avro) və Qazaxıstandan (146 min 520 avro) geri qalır. Ukrayna ümumi reytinqdə 22, Qazaxıstan 25-ci pilləri turur.

Digər postsovet məkanı ölkələrinə gəlincə, Belarus 44-cü (31 min 589 avro), Gürcüstan 50-ci (13 min 403 avro), Ermənistan 67-ci (2 min 619 avro) pillədə qərarlaşıb.
 
XƏBƏRİ BİRİNCİ AL- Qaynarinfo tətbiqini yüklə