Topaz Premyer Liqasının XI turunun "Kəpəz” -"Qarabağ” matçında maraqlı hadisə yaşanıb.

Fanat.Az xəbər verir ki, Gəncə klubunun üzvü Viktor Oseqeyl ona qarşı hərəkəti penalti kimi dəyərləndirən baş hakim Rəhim Həsənovla razılaşmayıb.

Əvvəlcə FİFA referisi Rəhim Həsənov "Qarabağ”ın qapısına penalti təyin edib. Bu zaman rəqibin simulyasiya etdiyini bildirən Ağdam klubunun qapıçısı İbrahim Şehiç və digər oyunçuları afrikalı futbolçuya etiraz ediblər. Bundan sonra Viktor Oseqeyli Rəhim Həsənova yaxınlaşaraq qaydanın pozulmadığını deyib. Köməkçisi Yaşar Abbasovun da rəyini əsas götürən baş hakim ilkin qərarını ləğv edib. 

Qaynarinfo.Az