İdman 22:06 14.10.2017

Azərbaycan çempionu Rumıniyada uduzdu

Futzal üzrə UEFA Kubokunun əsas mərhələsində mübarizə aparan Azərbaycan çempionu “Araz” bu gün qrupda son oyununu keçirib. "Qaynarinfo" xəbər verir ki, təmsilçimiz Rumıniya çempionu “Deva” ilə qarşılaşıb.

Liderlik üçün çempionumuza heç-heçə də bəs etsə də, komandamız məğlubiyyətlə barışmalı olub. 3:6 hesablı yenilgi "Araz"ı turnir cədvəlinin ikinci pilləsinə salıb.

Qrupdakı digər oyununun nəticəsində asılı olaraq, Alesionun komandası 3-cü yerə də düşə bilər.

Qeyd edək ki, “Araz”ın yer aldığı qrupdan elit-raunda yalnız birinci yerin sahibi vəsiqə qazanacaq.

UEFA Kuboku

Əsas mərhələ

VIII qrup, III tur

14 oktyabr

Araz (Azərbaycan) - Deva (Rumıniya) 3:6

Qollar: Rafael Vilela, 8. Bolinya, 31. Ramiz Çovdarov, 39 - Florin Matey, 6; 19; 39. Florin İqnat, 18. Adrian Panzaru, 24. Toni Tonita, 38.

Deva idman kompleksi.  

1

Deva

3

2

0

1

13-8

6

2

Araz

3

2

0

1

14-12

6

3

Mostar

2

1

0

1

5-7

3

4

SentEndryus

2

0

0

2

6-11

0

Qaynarinfo.Az