Siyasət 16:39 27.11.2018

Azərbaycan Cənubi Sudana sülhməramlı göndərir

Azərbaycan Cənubi Sudana sülhməramlı göndərir.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bununla bağlı prezident İlham Əliyevin imzası ilə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinə layihə daxil olub.

Layihədə qeyd olunub ki, 4 nəfərlik heyət BMT sülhməramlıları missiyasının tərkibində olacaq. Onlardan 3-ü zabit, 1-i isə müşahidəçi qismində təmsil olunacaq.

Komitə layihəni müzakirə edərək plenar iclasa tövsiyə edib.