İdman 23:12 05.01.2014

Azərbaycan dünya çempionatında


Bu gün qadın voleybolçular arasında dünya çempionatının seçmə mərhələsinin son oyunları keçirilib.

Qaynar.info
Qafqazinfo-ya istinadən xəbər verir ki, milli komandamız qrupu lider başa vurmaq üçün son matçını Serbiyaya qarşı keçirib və 3-2 hesablı əzmkar qələbə qazanıb.

Bu qalibiyyət millimizə 9-cu xalı və qrupda liderliyi gətirib.

I setdə 25-19 hesabı ilə məğlub olan voleybolçularımız, II seti 25-18 hesabı ilə qalib başa vurublar.

Lakin III set yenə də bizim üçün uğursuz alınıb.

Çünki komandamız bu setdə 25-18 hesabı ilə məğlub olub.  IV və həlledici V setdə (25-16),(18-16) təmsilçimiz qətiyyət nümayiş etdirərək oyunu öz xeyrinə yekunlaşdırıb.

Beləliklə, Azərbaycan yığması bu ilin sentyabr və oktyabr aylarında İtaliyada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb.

Qaynar.info