Ekonomiks 22:37 02.07.2014

Azərbaycan dünyada üçüncüdür

Azərbaycan bank aktivlərinin artım sürətinə görə dünyada üçüncü ölkə olmuşdur.

“The Banker” jurnalının tərtib etdiyi “Top 1000” dünya bankları reytinqində bank aktivləri 2012-ci ilə nisbətən ötən il 24,41 faiz artan Azərbaycan bu göstərici üzrə 3-cü yeri tutub.

“Qafqazinfo” xəbər verir ki, reytinq siyahısına banklarının aktivləri 31,78 faiz artmış Venesuella başçılıq edir. Bolqarıstan, Filippin və İran da bank aktivləri ən böyük nisbətdə yüksələn ölkələr sırasında yer alır.

Qeyd edək ki, “The Banker”in reytinqində Azərbaycan banklarının aktivlərinin 9,78 milyard ABŞ dolları olduğu göstərilir. Azərbaycan Mərkəzi Bankının məlumatına görə isə, 2013-cü ilin sonunda ölkə bankların aktivləri 26,1 milyard dollar təşkil edibki, bu da 2012-ci il ilə müqayisədə təxminən 5 milyard dollar və ya 23,3 faiz çoxdu.

Qaynar.info