Ölkə 21:25 16.09.2019

Azərbaycan əhalisi bu il neçə min manat qazanıb?

Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,4% artaraq 36 861,6 mln. manat təşkil edib.

Qaynarinfo Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hesabat dövründə əhalinin hər nəfərinə orta hesabla 3 727,8 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 33 771,5 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 6,3% çox vəsait qalıb.