Ölkə 16:29 05.02.2013

Azərbaycan əsgəri şəhid olub

Azərbaycan Ordusunun əsgəri şəhid olub.

Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
 
Hadisə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında qeydə alınıb. Ermənistan silahlı birləşmələrinin atəşkəsin pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri, 1994-cü il təvəllüdlü Əlizadə Sənan Dövlət oğlu şəhid olub.
 
Qeyd edək ki, S. Əlizadə Cəlilabad rayonundan həqiqi hərbi xidmətə çağırılıb.


Qaynar.info