İdman 14:28 18.01.2018

Azərbaycan FIFA reytinqində gerilədi

FIFA milli komandaların 2018-ci il üçün ilk  reytinq cədvəlini açıqlayıb. 

Qaynarinfo xəbər verir ki, ötən ayla müqayisədə Azərbaycan milli komandası 1 pillə gerilələyib.  Yığmamız 281 xalla 118-ci pillədə qərarlaşıb. Komandamız Nikaraqua və Namibiyadan geri düşüb. 

Dünyanın ən güclü 10 komandasının mövqeyində isə heç bir dəyişiklik yaşanmayıb. Yalnız bir yığma - Çilinin xal hesabı dəyişsə də, 15 xal itkisi cənubi amerikalıların mövqeyinə təsir etməyib.

İlk "onluq”
1 (1). Almaniya – 1602
2 (2). Braziliya – 1483
3 (3). Portuqaliya – 1358
4 (4). Argentina – 1348
5 (5). Belçika – 1325
6 (6). İspaniya - 1231
7 (7). Polşa - 1209
8 (8). İsveçrə - 1190
9 (9). Fransa – 1183
10 (10). Çili – 1147

Qonşu Türkiyə yığması 1 pillə irəliləyib. "Ay-ulduzlular” 735 xalla 41-cidi.

Millimizin 2018-ci ildə yoldaşlıq görüşündə qarşılaşacağı dəqiqləşən komandalardan Moldova 112 xalla 166-cı, Kosovo 97 xalla 178-cidi. Sonuncular 1 pillə geriləyibsə, moldovalılar eyni qədər irəliləyib.