Foto 11:57 30.11.2017

Azərbaycan filmi "Golden Fox Awards" mükafatının nominantı oldu (FOTOLAR)

5-6 dekabr 2017-ci ildə Kəlküttə şəhərində "Calcutta International Cult Film Festival 2017” beynəlxalq kinofestivalının "Golden Fox Awards” mükafatına təqdim edilən film-nominantların nümayişi keçiriləcək ki, onların içərisində rejissor Murad Əbiyevin "Dəniz suyu içən it" filmi də var. 

Qaynarinfo xəbər verir ki, bu film "Qadın haqqında ən yaxşı film” kateqoriyasında nominasiya olunub. 

"Dəniz suyu içən it" qısametrajlı bədii filmi "NərimanFilm” kinostudiyasının bazası əsasında çəkilib. Filmin ssenari müəllifi Lalə Əliyeva-Klıçkova, quruluşçu operator - Kirill Gerra, prodüsserlər - Nəriman  MəmmədovLalə Əliyeva-Klıçkovadır. Rollarda Natavan HacıyevaAzər Aydəmir çəkilib.

Müasir Azərbaycan kinosu tarixində ilk dəfə olaraq Honda adlı it çəkilişlərə cəlb olunub.

Film, sevdiyi kişinin xəyanətinə məruz qalan və doğulmamış övladını itirən qadının taleyindən bəhs edir. Ruh düşkünlüyü və çarəsizlik yaşayan qadın kimsəsiz çimərliyə gəlir və bu yer onun həyat tarixçəsinin aydınlaşmasının səssiz şahidinə çevrilir. 

Filmin çəkilişlərinin 2017-ci ilin avqust ayında bitməsinə baxmayaraq, o artıq "Boğaziçi Film Festival” (Türkiyə), Sankt-Peterburqdakı SOBITİYE – 2017 "Green Vision” festivallarında qeydə alınıb, həmçinin ABŞ-ın Malibu şəhərində qapalı nümayişi həyata keçirilib. Baş rolun ifaçısı Natavan Hacıyeva "Women's Only Entertainment Film Festival”da "Xarici kino sənətinin ən yaxşı aktrisası” adına layiq görülüb.

Qeyd edək ki, bu il Azərbaycan müxtəlif kateqoriyalarda iki filmlə festivalda təmsil olunur.

http://www.imdb.com/title/tt7292342 

http://www.hlc-cicff.com/2017-golden-fox-award-nominees/