İdman 23:07 11.03.2013

Azərbaycan futbolunun ən yaxşıları


Bu gün keçirilən tədbirlə Topaz Premyer Liqasında fevral ayının ən yaxşı oyunçusu, ən yaxşı qolun müəllifi və Azərbaycan çempionatları tarixinin 10 000-ci qolunun müəllifi Peşəkar Futbol Liqası və Topaz tərəfindən mükafatlandırıliblar. İdman KİV nümayəndələri arasında keçirilən sorğunun nəticələrinə əsasən "Neftçi" klubunun hücumçusu Nikolas Kanales ötən ayın ən yaxşı futbolçusu seçilib.

PFL-in rəsmi saytında aparılan sorğunun nəticələrinə əsasən "İnter" klubunun futbolçusu Asif Məmmədovun "Xəzər Lənkəran"ın qapısına vurduğu qol fevral ayının ən gözəl qolu seçilib.

Topaz Premyer Liqasının 14-cü turunda "Neftçi" ilə oyunda "Bakı"nın futbolçusu Elvin Məmmədovun vurduğu qol isə Azərbaycan futbolunun tarixində 10.000-ci qol olaraq tarixə keçdi.

Qaynar.info