İdman 11:23 11.11.2013

Azərbaycan güləşçiləri erməniləri məğlub etdi


Rusiyanın paytaxtı Moskvada güləş üzrə Avropa Kuboku turnirinə yekun vurulub.

Azərbaycan Güləş Federasiyasından İdman24.az-a verilən məlumata görə, qrup mərhələsində Rusiya və Türkiyə milliləri ilə yarışan yunan-Roma güləşi üzrə yığma komandamız Türkiyəyə 4-3 hesabı ilə qalib gəlsə də, ev sahibi Rusiyaya 3-4 hesabı ilə uduzub. Türkiyə isə öz növbəsində Rusiyadan güclü olub - 4-3.

Belədə bütün komandalarda qələbə sayı eyni olduğundan, güləşçilərin qazandıqları xallar hesablanıb və yığmamız qrupda 3-cü yeri tutub.

5-ci yer uğrunda görüşdə isə güləşçilərimiz diğər yarımqrupun 3-cüsü olan Ermənistan kollektivi qarşılaşıb və rəqibini 5-2 hesabı ilə məğlub edib.

Qaynar.info