Ölkə 21:37 18.07.2018

Azərbaycan Gürcüstanda NATO-nun təlimlərində iştirak edəcək

Bu ilin 1-15 avqust tarixlərində Gürcüstanda NATO-nun "Etibarlı tərəfdaş 2018” çoxmillətli hərbi təlimləri keçiriləcək.

Oxu.Az Gürcüstanın Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hərbi təlimlərdə 13 ölkə iştirak edəcək.

Vaziani hərbi və Norio təlim bazasında keçiriləcək hərbi təlimlərdə 3000 hərbçi, ABŞ hərbi aviasiyası və Almaniya hərbi texnikası da cəlb olunacaq.

"Etibarlı tərəfdaş” hərbi təlimlərin keçirilməsində məqsəd Gürcüstan, ABŞ və tərəfdaş ölkələrin silahlı qüvvələrinin hazırlığının artırılması və qarşılıqlı əməkdaşlığın gücləndirilməsidir.