Xəbər lenti

Azərbaycan hökuməti ərazilər alır
Ölkə 20:10 14.05.2013

Azərbaycan hökuməti ərazilər alır

Azərbaycan Nazirlər Kabineti "Meliorasiya və Su Təsərrüfatı" ASC-yə dövlət ehtiyacları üçün ərazilər əldə etməyi tapşırıb.

Məlumatına görə, bu barədə Nazirlər Kabinetinin saytında dərc olunan qərarın mətnində bildirilir.


Nazirlər Kabinetinin 3 may tarixli qərarına görə, Şabran, Siyəzən, Ağsu, İsmayıllı, Masallı, Yardımlı, Lerik və Cəlilabad rayonlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması məqsədi ilə tikili və qurğuların inşa ediləcəyi əraziləri dövlət ehtiyacları üçün alan orqan "Meliorasiya və Su Təsərrüfatı" ASC müəyyən edilib.

Qərara görə, Nazirlər Kabineti ASC-yə həmin ərazilərin alınması ilə bağlı hazırlıq tədbirlərinin görülməsini və bu məsələ üzrə təkliflərini hökumətə təqdim etməyi tapşırıb.

Qərar imzalandığı gündən qüvvəyə minir.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->