Texnologiya 21:18 10.08.2017

Azərbaycan internetin sürəti üzrə neçənci yerdədir?

189 ölkə üzrə aparılmış tədqiqat nəticəsində məlum olub dünyanın ən sürətli genişzolaqlı internet, Sinqapur, İsveç və Tayvandadır.

"Qaynarinfo" Technote-yə istinadən xəbər verir ki, bu siyahıda ABŞ 21-ci, Kanada 26-cı, İngiltərə isə 31-ci yerdə qərarlaşıb.

Azərbaycan isə bu siyahıda 102-ci, şimal qonşumuz Rusiya isə 43-cü yerdədir.

Ən zəif internet Burkina-Faso, Qabon və Yəməndədir.

Nəticələrin olduğu tam siyahı ilə bu linkdən tanış ola bilərsiniz.

 Qaynarinfo.Az