Ekonomiks 22:05 16.11.2018

Azərbaycan iqtisadiyyatının son vəziyyəti

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) 0,8% artaraq 65 233 mln. manata çatıb.

Qaynarinfo Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ÜDM istehsalı neft sektorunda 0,3%, qeyri-neft sektorunda isə 1% artıb.

ÜDM-in 45,7%-i sənayedə, 9,4%-i ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində, 6,5%-i tikintidə, 6,4%-i nəqliyyat və anbar təsərrüfatı, 5,6%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,5%-i informasiya və rabitə sahələrində, 14,7%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər ÜDM-in 7,9%-ni təşkil edib.

Bu dövrdə informasiya və rabitə sahələrində əlavə dəyər istehsalı 8,8%, nəqliyyat və anbar təsərrüfatı sahələrində 8,6%, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrində 7,6%, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində 5%, ticarət, nəqliyyat vasitələrinin təmiri sahələrində 2,6%, sənayedə 1,4%, digər xidmət sahələrində 0,3% artıb, tikintidə isə 15,8% azalıb.

Əhalinin hər nəfərinə düşən ÜDM 6 648,1 manata bərabər olub.