Ölkə 12:30 11.10.2013

Azərbaycan İran sərhədində atışma: 1 ölü


Azərbaycan-İran sərhədində silahlı insident olub.

APA-nın verdiyi məlumata görə, hadisə Azərbaycanın cənub sərhədində, Yardımlı rayonu ərazisində qeydə alınıb. İrandan Azərbaycana gizli yolla daxil olmaq istəyən qaçaqmalçılarla Azərbaycan sərhədçiləri arasında atışma olub. Nəticədə sərhədi pozan bir İran vətəndaşı öldürülüb, daha biri isə ələ keçirilib.

Faktla bağlı araşdırma aparılır.

Qaynar.info