İdman 13:31 20.12.2017

Azərbaycan İspaniyaya 50 milyon avro ayırır? (AÇIQLAMA)

AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanın İspaniya Futbol Federasiyasına sponorluq üçün 50 milyon avro ödəməyə hazır olduğu barədə AS nəşrinin yazdıqlarına da münasibət bildirib.

Qaynarinfo xəbər verir ki, baş katib iddiaları təkzib edib: "Xeyr, belə bir şey yoxdu. Bu, marketinq addımlarıdı. Belə edirlər ki, bizim tərəfdən də maraq yaransın. Türkiyə mətbuatında da SOCAR-ın adı hallanmışdı. Sponsorluqdansa, Premyer Liqada 10-14 komanda saxlamaq yaxşı olardı".