İdman 20:20 26.01.2020

Azərbaycan karateçiləri Parisdən iki medalla qayıdır

Azərbaycan karateçisi İrina Zaretskaya Fransanın paytaxtı Parisdə keçirilən Premyer Liqa yarışının qalibi olub.

Oxu.Az-ın xəbərinə görə, 68 kq çəki dərəcəsində mübarizə aparan ukraynalı dünya çempionumuz finalda misirli Feryal Abdeləzizi məğlub edib – 3:0.

Bundan başqa, Rafiz Həsənov (-67 kq) braziliyalı Vinisius Fiqueyranı 4:2 hesabı ilə məğlub edərək bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Azərbaycan karateçiləri Parisə 16 idmançı ilə yollanmışdı.