Video 20:20 25.05.2018

Azərbaycan Kəşfiyyat bölüyünün təlimi başa çatdı

Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) çərçivəsində keçirilən Azərbaycan Ordusunun kəşfiyyat bölüyünün 2-ci səviyyəli özünü qiymətləndirmə təlimi bu gün başa çatıb.

Qaynarinfo Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Qaraheybət Təlim Mərkəzində keçirilən təlimdə Azərbaycan Ordusunun 150 nəfərə yaxın şəxsi heyəti, 20-dək hərbi texnikası və iki helikopteri cəlb olunub.

Bölüyün qiymətləndirilməsi NATO Quru Qoşunları Komandanlığının monitorinq qrupu tərəfindən izlənilib.