İdman 15:52 15.01.2019

Azərbaycan klublarının Antalyadakı oyunları təxirə salındı

Antalyada təlim-məşq toplanışında olan "Zirə", "Sumqayıt" və "Səbail"in bu gün keçirilməli olan yoxlama oyunları təxirə salınıb.

Qaynarinfo xəbər verir ki, buna səbəb əlverişsiz hava şəraiti olub. 

"Zirə" bu gün Qazaxıstanın "Taraz", "Sumqayıt" "Jetısu”, "Səbail" isə Macarıstanın "Aqvital" klubları ilə yoxlama oyunu keçirməli idi.

"Sumqayıt" - "Jetısu” və "Səbail" - "Aqvital" görüşləri sabah baş tutacaq.