Video 22:04 12.07.2018

Azərbaycan klubu Avropada rusvaçı hesabla uduzdu (VİDEO)

Ötən mövsüm Azərbaycan Kubokunu qazanan "Keşlə” bu gün Avropa Liqasında mübarizəyə başlayıb.

Qaynarinfo xəbər verir ki, paytaxt təmsilçisi bu turnirdəki digər təmsilçilərimizdən fərqli ilk matçını səfərdə keçirib.

Yuri Maksimovun yetirmələri I təsnifat mərhələsində Maltada "Baltsan”ın qonağı olub. Bakı təmsilçisi oyunun favoriti hesab olunsa da, böyük hesabla yenilib - 1:4.

Qeyd edək ki, qitə səhnəsinə həm "Xəzər Universiteti”, həm də "İnter” kimi çıxan bakılılar yeni adla debüt oyununa çıxıb. Ta Qalidəki oyun həm də Maksimovun bakılılarla avrokubokda debüt görüşü olub.
 
Avropa Liqası
I təsnifat mərhələsi
İlk oyun

12 iyul
Baltsan (Malta) - Keşlə (Azərbaycan) 4:1

Qollar: Alfred Effionq, 12. Lekao, 21. Boyan Kalyeviç 34. Kadu, 55 - Sezar Meza Kolli, 29 (pen)

Baltsan: 83. Stiv Sultana, 8. Nenad Sliviç (42. Rikardo Duarte, 85), 9. Lekao, 11. Stiv Bezzina (k), 15. Mixael Conson, 17. Alfred Effionq (18. Uroş Lyubomiraç, 62), 20. İvan Bozoviç, 23. Elkin Serrano, 30. Kadu, 86. Boyan Kalyeviç (50. Andriya Maydevac, 78), 99. Miloş Lepoviç.

Ehtiyat oyunçular: 1. Sean Montoff, 4. Custin Qrioli, 10. Siray Arab, 88. Sean Kipriott.

Baş məşqçi: Marko Miçoviç.

Keşlə: 1. Kamran Ağayev (k), 2. Sərtan Taşkın (21. Herve Tçami, 84), 3. Denis Silva, 4. Slavik Alxasov, 7. Vaqif Cavadov (88. Məmməd Quliyev, 63), 10. Sezar Meza Kolli, 14. Andre Klennon, 19. Azər Salahli, 24. Fuad Bayramov (8. Miloş Boşançiç, 60), 33. Tərlan Quliyev, 90. Ebrima Sonha.

Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 9. Amil Yunanov, 39. Əlibəy Məmmədli, 65. Cabir Əmirli.

Baş məşqçi: Yuri Maksimov.

Sarı vərəqələr: Miloş Lepoviç, 58. Kadu, 71- Fuad Bayramov, 38. Ebrima Sonha, 88.

Hakimlər: Volen Çinkov, Georgi Doynov, Deniz Sokolov, Draqomir Draqanov (Bolqarıstan).
Hakim-inspektor: Pyetur Siqurdsson (İslandiya).
UEFA nümayəndəsi: Pol Lion (Cəbəllütariq).
Ta Qali. "Sentenari" stadion.