İdman 13:41 25.06.2018

Azərbaycan komandası dünya çempionunu məğlub etdi

Andorrada basketbolun 3x3 növü üzrə qadınlar arasında Avropa çempionatı keçirilib. 

Qaynarinfo xəbər verir ki, turnirin ikinci günündə Azərbaycan millisi Andorra komandasını (21: 9) məğlub edib.

Daha sonra dünya çempionu İtaliya ilə üz-üzə gəlib. Komandamız bu görüşdədə 19:17 hesabı ilə qalib gəlib. Təəssüf ki, iki qələbə Azərbaycan komandasını turnirin yarımfinalına çıxmasına kömək etməyib. Çünki komandamız bundan öncə A qrupunda A İspaniyaya (14:19) və Yunanıstana (17:20) məğlub olub.

A qrupu- İtaliya, İspaniya - 7 xal, Yunanıstan, Azərbaycan - 6, Andorra - 4.

B qrupu- Serbiya, Macarıstan - 5, Estoniya, Latviya - 4.

Qrupun qalibləri - İtaliya və Serbiya komandaları Avropa çempionatının bir baş finalına vəsiqə qazanıb.

Daha iki komanda - İspaniya və Macarıstan komandaları növbəti tura vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycanın milli komandasının tərkiində Dina Ulyanova, Tatyana Deniskina, Alexandra Mollenhauer çıxış edib. Bu 3-lük Bakıda IV İslam Oyunlarında qalib olub.