Ölkə 12:30 30.06.2018

Azərbaycan kosmosdan çəkdi: Ermənilər Ağdamda 280 hektar ərazi yandırıb

"Azərkosmos” ASC, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə "Azersky" peyki vasitəsilə Ermənistan tərəfindən törədilmiş yanğınların monitorinqini aparıb. 

Qurumdan Qaynarinfo-ya verilən məlumata görə, yanğınlar, əsasən, cəbhənin Ağdam rayonu istiqamətində törədilib.

İyunun 29-da Ağdam rayonunun işğal altından olan yaşayış məntəqələri üzrə, ümumilikdə 280 hektar ərazinin yandığı aşkar edilib.

Hazırda monitorinqlər davam etdirilir.