İdman 12:39 12.03.2014

Azərbaycan kubokunda 1/4 final həyəcanı

Bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Qol.Az-ın məlumatına görə, dörd qarşılaşmanın ikisi paytaxtda, ikisi isə bölgələrdə baş tutacaq.

İlk olaraq azarkeşlər "Qəbələ" - "Qarabağ" matçını izləyə bilər. Son iki ildə bu komandalar ölkə kubokunun məhz 1/4  final mərhələsində üz-üzə gəlib. Ağdam təmsilçisi rəqibinə qalib gələ bilməsə də, səfər qolu sayəsində hər iki dueldən qalib ayrılıb.

Digər görüşdə "Bakı" "Rəvan"ın qonağı olacaq.

Birinci divizionun kubokda yeganə təmsilçisi "Araz Naxçıvan" öz meydanında "Xəzər Lənkəran"ı qəbul edəcək.

Günün son oyununda isə "İnter" "Neftçi"ni qəbul ədəcək.


12 mart (çərşənbə)

Azərbaycan kuboku, 1/4 final, ilk oyunlar

14:30. “Qəbələ” – “Qarabağ”

Hakimlər: Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Teymur Fərhadov Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu


15:00. “Rəvan” – “Bakı”

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mübariz Haşımov, Mahir Məmmədov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Alik Yunusov
“Bayıl Arena” stadionu


15:00. “Araz Naxçıvan” – “Xəzər Lənkəran”
Hakimlər: Elvin Əsgərov, Rza Məmmədov, Namiq Hüseynov, Məhərrəmov Ramiz
Naxçıvan Muxtar Respublika stadionu


19:00. “İnter” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Vaqif Musayev, Fərid Məmmədov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Əhmədov
“Şəfa” stadionu

Qaynar.info