Ekonomiks 19:26 08.04.2018

Azərbaycan külək elektrostansiyalarının inşasına fərdi investisiyalar cəlb edəcək

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ölkə ərazisində külək elektrik stansiyalarının tikintisinə fərdi yatırımların cəlb edilməsi məqsədi ilə Nazirlər Kabinetinə müvafiq sənədlər təqdim edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Trend-ə Agentliyin sədr müavini Cəmil Məlikov deyib.

"Kommunal xidmətlərin inkişafı üzrə Strateji Yol Xəritəsi çərçivəsində 2020-ci ilədək Azərbaycanda 350 meqavat gücündə elektrik stansiyaları inşa edilməlidir. Bu gün yerli və xarici fərdi investisiyaların hansı şərtlərlə və hansı şəkildə cəlb ediləcəyi məsələsini həll etmək vacibdir”,-deyə o bildirib.

Agentlik nümayəndəsinin sözlərinə görə, 2020-ci ilə qədər investisiyaların cəlb olunması prosesinə statr vermək və tikinti işlərinə başlamaq üçün lazımi sənədlər hazırlanaraq hökümətə təqdim edilməlidir.

"Hökümət tərəfindən sözügedən sahəyə investisiyaların cəlb olunması üçün şərait yaradacaq, onu investorlar üçün cəlbedici edəcək normativ-hüquqi sənədlər qəbul olunmalıdır. Onlar xüsusilə elektrik enerji təhcizatına dair tarif və zəmanət müqavilələrini əhatə edir", - deyə Məlikov qeyd edib.