İdman 11:17 12.01.2018

Azərbaycan kulubu Ukrayna millisinin üzvünü transfer edir

"Keşlə"nin ukraynalı baş məşqçisi Yuri Maksimov həmyerlisini ölkəmizə gətirmək istəyir. 

Qaynarinfo xəbər verir ki, Polşanın "Yagelloniya" klubundan ayrılan Dmitri Xomçenovski Azərbaycanda oynaya bilər.

Bu barədə Ukrayna mediasına Yuri Maksimov məlumat veib. Mütəxəssis bildirib ki, bu barədə futbolçu ilə danışıqları olacaq. Dmitri razılaşsa, "Keşlə"yə keçidi baş tutacaq.

Qeyd edək ki, Xomçenovski cari mövsümdə "Yagelloniya"nın heyətində 9 rəsmi oyuna çıxıb. 27 yaşlı forvard əvvəllər Ukraynanın "Olimpik" (Donetsk), "Krivbas", "Zorya" və İspaniyanın "Ponferradina" klublarında oynayıb. Ukraynanın U-20 və U-21 yığmalarında oynayan futbolçu 2013-cü ildən sonra A millidə 4 oyun keçirib.