Video 12:37 22.01.2018

Azərbaycan mahnısı Türkiyədə gecəyə damğa vurdu: sözləri dəyişdirildi (VİDEO)

İki gün öncə "O Səs Türkiyə"nin "Duel" mərhələsinin seçimlərinə start verilib.

Qaynarinfo milli.az-a istinadən xəbər verir ki, Murat Bozun komandasında çıxış edən Aslı Kocakemik ve Nihat Mugil səhnəyə "Zalim" (Eldar Mansurov - Bayatılar) mahnısı ilə çıxıblar.

Mahnının musiqisinin Eldar Mansurova aid olduğu göstərilsə də, sözləri dəyişidirilib. Vahid Əzizə məxsus sözlər çıxarılaraq bəstəyə Sezen Aksunun "Zalim" mahnısının sözləri əlavə edilib və o formada ifa edilib.

TV8 ekranlarında yayımlanan musiqi yarışından sözügedən kadrları təqdim edirik: