Ölkə 22:20 11.11.2019

Azərbaycan mətbəxi Fransada keçiriləcək beynəlxalq festivalda nümayiş olunacaq

Azərbaycan mətbəxi Fransanın paytaxtı Parisdə keçiriləcək beynəlxalq festivalda nümayiş etdiriləcək. 

"Report"un Fransa bürosu xəbər verir ki, Azərbaycan 15-17 noyabrda Parisdə "Grand Palais" (Böyük Saray - red) də təşkil olunan "Festival du bien-manger"də ("Yaxşı yemək" festivalı - red) təmsil olunacaq.

Festival 3 gün davam edəcək. Tədbirdə Özbəkistan, Cənubi Koreya, Mərakeş, İspaniya da daxil olmaqla, 10-a yaxın ölkənin mətbəxi nümayiş etdiriləcək.