İdman 22:25 09.10.2019

Millimiz Bəhreynə qalib gəldi

Bu gün Azərbaycan milli komandası Bəhreynlə yoldaşlıq görüşünə çıxıb.
 
Qaynarinfo xəbər verir ki, Bəhreyn Milli Stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20.30-da başlanıb. 
 
Yurçeviçin rəhbərliyi altında ikinci yoldaşlıq görüşünə çıxan yığmamız 3:2 hesabı ilə qalib gəliblər. 

Qeyd edək ki, Azərbaycan və Bəhreyn milliləri isə üçüncü dəfə üz-üzə gələcəklər. İlk dəfə 2008-ci il oktyabrın 15-də Manamada baş tutmuş oyunda Azərbaycan yığması 2:1, 2012-ci il avqustun 15-də Bakıda keçirilmiş matçda isə 3:0 hesabı ilə qalib gəlib.

Amma FIFA-nın son reytinq siyahısında Bəhreyn yığması öndədir. Hazırda bu komanda 1206 xalla 105-ci pillədə qərarlaşıb. Azərbaycan isə 1191 xalla 109-cudur.

Yoxlama oyunu
9 oktyabr
20.30 Bəhreyn - Azərbaycan 2:3 
Qollar: A.A.Rahman, 31. J.Ahmed, 68 - R.Dadaşov, 41. T.Xəlilzadə, 62. R.Şeydayev, 70.
Bəhreyn: 21. Sayed Mohamed Jafar (k), 3. Valeed Mohamed, 5. Ahmed Mubarak, 6. Mohamed Yusuf, 8. Ali Jafar, 10. Abdulvahab A.Rahman, 11. İsmaeel Abdullatif, 17. Abdulla Khaled, 22. Mohamed Adel, 25. Mahdi Faisal, 26. Mohamed Abdulvahab. 
Ehtiyat oyunçular: 1. Sayed Shubbar, 12. Hamad Mohamed, 2. Sayed Mehdi, 4. Sayed Dhiya, 7. İsa Moosa, 9. Abdulla Yusuf, 13. Mohamed Saad, 14. Ali Abdulla, 15. Jasim Ahmed, 16. Sayed Redha, 18. Ahmed Abdulla, 19. Komail Hasan, 30. Ahmed Nabeel.
Baş məşqçi: Helio Souza.
Azərbaycan: 12. Emil Balayev, 5. Abbas Hüseynov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov (k), 3. Şəhriyar Rəhimov, 20. Riçard Almeyda, 13. Eddi İsrafilov, 8. Emin Mahmudov, 11. Ramil Şeydayev, 9. Ağabala Ramazanov, 16. Rüfət Dadaşov. 
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 23. Şahrudin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 10. Namiq Ələsgərov, 14. Rəşad Eyubov, 15. Ömər Buludov, 17. Renat Dadaşov, 18. Şəhriyar Əliyev, 19. Təmkin Xəlilzadə, 21. Pavel Paşayev, 22. Cavid Hüseynov.
Baş məşqçi: Nikola Yurçeviç.
Hakimlər: Əhməd Əl-Kafa, Əbu Bəkr Əl-Omari, Rəşid Əl-Qayti (Oman), İssa Abdulla (Bəhreyn).
Ər-Rifa. Bəhreyn Milli Stadionu.