İdman 12:24 19.09.2019

Azərbaycan millisi FIFA reytinqində mövqeyini dəyişmədi

FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

Qaynarinfo xəbər verir ki, siyahıda bəzi dəyişikliklər olsa da, Azərbaycan millisi mövqeyini qoruyub. Komandamız siyahının 109-cu pilləsində qərarlaşıb. Nikola Yurçeviçin baş məşqçisi olduğu komandanın hesabında 1191 xal var. Sonuncu dəfə iki ay öncə açıqlanan cədvəldəki mövqeyində qalan milli aktivinə 3 xal əlavə edib.

Buna AVRO-2020-nin seçmə mərhələsindəki iki oyun səbəb olub. Səfərdə Uelsə 1:2 hesabı ilə uduzan, evdə Xorvatiya ilə bərabərə qalan (1:1) milli Farer adaları ilə eyni göstəriciyə malikdir.

Yığmamızın "AVRO-2020"nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya və Macarıstan geriləyibsə, Uelslə Slovakiya irəliləyişə nail olub.

8 (7). Xorvatiya - 1625
23 (24). Uels - 1522
29 (31). Slovakiya - 1493
50 (45). Macarıstan - 1430

Dünyanın ən güclü 10 komandasının siyahısında da yerdəyişmələr olub. İlk "10-luq"da yeni ad olmasa da, komandalar arasında mövqe dəyişiklikləri olub. Belçika liderliyini qoruyubsa, Fransa ikinci pilləni yenidən Braziliyadan alıb.

1 (1). Belçika – 1752
2 (3). Fransa – 1725
3 (2). Braziliya – 1719
4 (4). İngiltərə - 1662
5 (6). Portuqaliya – 1643
6 (5). Uruqvay – 1639
7 (9). İspaniya – 1631
8 (7). Xorvatiya – 1625
9 (8). Kolumbiya - 1622
10 (10). Argentina – 1614
 
Qardaş Türkiyə millisi 1475 xalla siyahıda 1 pillə irəliləyərək, 36-cı yerdə qərarlaşıb.