İdman 13:46 22.10.2019

Azərbaycan millisi yenidən Sumqayıtda oynayacaq

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsindəki Azərbaycan – Lixtenşteyn oyununun stadionu müəyyənləşib. 

Qaynarinfo AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma Sumqayıt şəhərindəki "Kapital Bank Arena”da keçiriləcək.

Qeyd edək ki, noyabrın 14-ə matç saat 18:00-da başlayacaq. U-21-in oktyabrın 15-də İsveçrəyə 0:1 hesabı ilə uduzduğu seçmə mərhələ oyunu da "Kapital Bank Arena”da olub.