İdman 13:52 17.10.2013

Azərbaycan millisindən fantastik sıçrayış


FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, Azərbaycan milli komandası ötən ayla müqayisədə 19 pillə irəliləyib.

"DÇ-2014"ün seçmə mərhələsində Şimali İrlandiyaya (2:0) qalib gələn və Rusiya heç-heçə edən (1:1) Berti Foqtsun komandası FİFA reytinqində 88-ci pilləyə yüksəlib.

"DÇ-2014"ün seçmə mərhələsində Azərbaycanla eyni qrupda yer alan Portuqaliya 3 pillə geriləyərək 14-cü pilləyə düşüb. Rusiya 19-cu (-4), İsrail 66-cı (3), Şimali İrlandiya 90-cı (-4), Lüksemburq isə 127-ci (-1) yeri tutur.

Siyahıya isə əvvəlki kimi yenə son dünya və Avropa çempionu İspaniya millisi başçılıq edir. Ötən ayla müqayisədə 1 pillə irəliləyən Almaniya ikinci, Argentina isə üçüncü olub.

Qaynar.info