İdman 09:49 11.01.2018

Azərbaycan millisinin üzvü Super Liqa klubunda

Azərbaycan millisinin üzvü Dəniz Yılmaz Türkiyənin "Gənclərbirliyi” klubuna transfer olunub.
 
Qaynarinfo futbolarena.com-a istinadən xəbər verir ki, 30 yaşlı forvardla 1,5 illik müqavilə razılaşdırılıb. 

Müqavilə ilə "Bursaspor”a məxsus olan Dəniz Yılmaz maaş məsələsində rəhbərliklə problem yaşadığı üçün transferə çıxarılıb. Super Liqada çıxış edən "Gənclərbirliyi” 17 turdan sonra 14 xalla 17-ci pillədə qarşılaşıb. Ümit Özatın rəhbərlik etdiyi kollektiv növbəti oyununu yanvarın 16-da Türkiyə Kubokunun 1/16 final mərhələsinin cavab matçı çərçivəsində məhz Bursa təmsilçisinə qarşı keçirəcək. Ankaralılar evdə baş tutan ilk görüşdə 1:0 hesabı ilə qalib gəliblər.

Qeyd edək ki, Dəniz Yılmaz karyerası ərzində Almaniyanın "Bavariya" (II komanda), "Maynts 05", "Paderborn", Türkiyənin "Elazığspor", "Trabzonspor" və "Bursaspor" klublarında çıxış edib. Türkiyənin aşağı yaş qrupları üzrə yığmalarında oynamış hücumçu 2016-cı ildən millimizə cəlb olurub.