Ekonomiks 09:41 08.06.2018

Azərbaycan nefti bahalaşdı: 78 dolları keçdi

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 89 dollar və ya 2,48% artıb.

Qaynarinfo xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 78,02 dollar təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.