Ekonomiks 09:32 07.11.2017

Azərbaycan neftinin qiyməti 66 dolları ötdü

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 2,58 dollar və yaxud 4,06% artıb.

"Qaynarinfo" xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 66,20 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Qaynarinfo.Az