Ekonomiks 23:59 13.12.2017

Azərbaycan neftinin qiyməti ucuzlaşdı

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 12-də 66,58 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,35 dollar/barel azdır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Trend"ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
 
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 12-də 65,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,36 dollar/barel azdır.
 
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 12-də 62,48 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,44 dollar/barel azdır.
 
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 12-də 64,69 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,48 dollar/barel çoxdur.