Azərbaycan neftinin qiyməti yenə dəyişdi

Azərbaycan neftinin qiyməti yenə dəyişdi

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 16-da 63,61 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,69 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 60,56 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,38 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 54,59 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,15 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 59,45 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,03 dollar/barel çoxdur.
XƏBƏRLƏR
BLOGLAR