Ölkə 13:01 11.06.2013

Azərbaycan növbəti peykini orbitə buraxır

"Azərbaycanın peyk layihələri davam edir. Birinci peykimiz orbitə çıxarıldıqdan sonra ikinci və üçüncü peykin orbitə çıxarılması üzərində işlər aparırıq". 

SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

Onun sözlərinə görə, 2015-ci ilədək Azərbaycanın aşağı orbitli peykinin orbitə çıxarılması planlaşdırılır: “Peykin əsas təyinatı yer səthinin tədqiqatın aparılması və müxtəlif iqtisadiyyat üçün səmərəli olan sahələrdə bu tədqiqatlardan istifadə edilməsindən ibarətdir. Bundan sonrakı peykin orbitə buraxılması 2016-cı ildən planlaşdırılır və indi bu iki layihə hazırılıq mərhələsindədir. Yaxın zamanlarda bununla bağlı tender keçiriləcək. Bundan sonra ölkələr və şirkətlər müəyyənləşəcək və müvafiq işlər həyata keçiriləcək. Azərbaycan bu sahədə müsbət təcrübə toplayıb".

Qaynar.info